Xəsarət təhlili dedikdə nəyi nəzərdə tutursunuz?


Xəsarət təhlili məhsula və ya avadanlıqda meydana gəlmiş olan xəsarətin kök səbəbini araşdırmaq üçün texniki prosedurdur. Xəsarətin səbəbi istehsal prosesində, satış sonrası daşıma və ya istifadə vaxtı qəsdən  və ya səhvən müştəri və ya istehsalçıya əlaqədar ola bilər.

" KERIMBEYLI " MMC- sizə necə köməklik edir?

Hər hansı avadanlığın xarab olması və ya baş vermiş bir xəsarətin kök səbəbini araşdırmaq üçün, qırılan və çatlamış hissədən nümunə alaraq və ya lazım gəldiyində mütəxəssis heyətin avadanlığın yanına çağıraraq xüsusi fəaliyyətlərlə elmi kök səbəblərinə dayanaraq xəsarətin səbəbini araşdırmaq olar. Xəsarəti təhlili edən heyət KERIMBEYLI MMC-ilə müqaviləli şəkildə fəaliyyət göstərən akkreditasiyalı xəsarət təhlili edən laboratoriyada çalışırlar. Adı gedən laboratoriya dünyanın sayılı universitetlərindən birində yerləşmiş olub, xəsarətilərin kök səbəbini təhlil edərək hüquqi mübahisələrdə haqlı tərəfə haqq qazandıran hesabatlar hazırlayırlar. Laboratoriyanın universitetdə yerləşmiş olması və qeyri-kommersiya şəkildə fəaliyyət göstərməsi kök səbəblərin analizində tərəfsizlik və şəffaflığın qorunmasında mühim amildir.